
Aİ–Böyük Britaniya sammiti təxirə salınacaq
Fins.az - Avropa İttifaqı ilə Böyük Britaniya arasında gələn ay keçirilməsi planlaşdırılan sammit təxirə salınacaq.
Bu barədə António Costa məlumat verib.
O bildirib ki, vəzifəsindən istefa verən Böyük Britaniyanın Baş naziri Keir Starmernin varisinin tərəflər arasında münasibətlərin yenidən qurulmasına yönəlmiş planların davamlılığını təmin edəcəyinə ümid edir.
Sammitin yeni keçiriləcəyi tarix barədə hələlik məlumat açıqlanmayıb.