
Aİ ölkəsi enerji şirkətlərinin super mənfəətinə vergi tətbiq olunmasını təklif edib
Fins.az - Almaniya, İtaliya, İspaniya, Portuqaliya və Avstriya Aİ-də enerji şirkətlərinin super mənfəətinə vergi tətbiq edilməsini təklif ediblər. Bu təşəbbüs yanacaq qiymətlərinin yüksəlməsi və Yaxın Şərqdəki gərginlik fonunda irəli sürülüb.
Maliyyə nazirlərinin Avropa Komissiyasına ünvanladığı məktubda bildirilir ki, bu addım müharibənin nəticələrindən qazanc əldə edənlərin əhalinin üzərindəki yükü azaltmaq üçün öz payını verməsinin aydın siqnalı olardı.