
Aİ Moldovaya 641 milyon avroluq strateji investisiya ayıracaq
Fins.az - Avropa Komissiyası Moldova üçün ümumi dəyəri 641 milyon avroya qədər olan strateji investisiya paketini elan edib.
Avropa Komissiyasının genişlənmə məsələləri üzrə üzvü Marta Kos bildirib ki, yeni layihələr Moldovanın Avropa İttifaqının güclü dəstəyindən faydalanmaqla yanaşı, Avropanın rəqabət qabiliyyətinə, təhlükəsizliyinə, rəqəmsal transformasiyasına və sənaye inkişafına da töhfə verdiyini göstərir.
İnvestisiyaların müxtəlif sahələrdə infrastrukturun modernləşdirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və Avropa bazarları ilə inteqrasiyanın gücləndirilməsi məqsədi daşıdığı qeyd olunur.
Bu təşəbbüs Avropa İttifaqının Moldova ilə əməkdaşlığını daha da dərinləşdirmək və ölkənin uzunmüddətli inkişafını dəstəkləmək istiqamətində növbəti addım kimi qiymətləndirilir.