
Aİ İsrailə qarşı yeni sanksiyaları müzakirə edir
Fins.az - Avropa İttifaqı “Sumud” beynəlxalq donanması ilə bağlı hadisələr fonunda İsrailə qarşı mümkün sanksiyaların tətbiqini müzakirə edir.
Məlumata görə, məsələ Avropa İttifaqı Şurasının iyunun 18–19-da keçiriləcək sammitinin gündəliyinə daxil edilib.
Layihə sənədində beynəlxalq sularda donanmaya qarşı həyata keçirilən əməliyyat zamanı saxlanılan şəxslərə münasibətdə kobud rəftar halları pislənilir.
Sənədə əsasən, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri insan hüquqlarının pozulmasında iştirak etdiyi iddia olunan İsrail rəsmilərinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi imkanını nəzərdən keçirə bilərlər.
Bununla bağlı yekun qərarın sammit çərçivəsində aparılacaq müzakirələrdən sonra veriləcəyi gözlənilir.