Aİ ilin sonuna qədər Rusiyadan neft idxalının 90 faizindən imtina etməyə ümid edir

Aİ ilin sonuna qədər Rusiyadan neft idxalının 90 faizindən imtina etməyə ümid edir

DÜNYA
329

Avropa İttifaqı (Aİ) neft tədarükünə təxirə salınmış embarqonun tətbiqi çərçivəsində ilin sonuna qədər Rusiyadan neft idxalının 90%-dən imtina etməyə ümid edir, Aİ liderlərinin Brüsseldə keçirilən sammitdə bunun tətbiqinə dair siyasi razılaşma əldə olunub.

Fins.az-ın məlumatına görə, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

"Mən Avropa Şurasında Rusiyaya qarşı neft sanksiyalarına dair razılaşmanı alqışlayıram. Bu, ilin sonuna kimi Rusiyadan [Aİ-yə] neft idxalını 90% azaltmağa imkan verəcək”, – deyə Ursula fon der Leyen öz "Twitter" səhifəsində yazıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Aİ ilin sonuna qədər Rusiyadan neft idxalının 90 faizindən imtina etməyə ümid edir — Fins.az — Fins.az