
Aİ enerji xərclərini azaltmaq üçün yeni plan təqdim edib
Fins.az - Avropa İttifaqı enerji bazarındakı qeyri-sabitliyi azaltmaq məqsədilə yeni tədbirlər planı hazırlayıb.
“AccelerateEU” adlanan plan enerji xərclərinin azaldılması, qiymət dəyişkənliyinin minimuma endirilməsi və idxal olunan ənənəvi enerji mənbələrindən asılılığın zəiflədilməsini hədəfləyir.
Sənədə əsasən, elektrik enerjisi üzrə vergilərin azaldılması, üzv dövlətlər arasında təbii qaz anbarlarının doldurulmasının koordinasiyası və strateji neft ehtiyatlarından istifadə kimi addımlar nəzərdə tutulur. Bundan əlavə, milli fövqəladə tədbirlərin uzlaşdırılması, reaktiv yanacaq və dizel təminatının sabit saxlanılması istiqamətində əməkdaşlıq gücləndiriləcək.