
“Ağdaş” klubu II Liqa üçün lisenziya alıb
Fins.az - AFFA-nın Apellyasiya Komitəsi “Ağdaş”a II Liqa üçün lisenziya verib
AFFA-nın Apellyasiya Komitəsinin iclası keçirilib.
Məlumatlara görə, iclasda “Ağdaş” klubunun apellyasiya müraciətinə baxılıb. Müraciət klubun II Liqa yarışlarında iştirak üçün lisenziya ala bilməməsi ilə bağlı olub.
Komitə tərəfindən klubun təqdim etdiyi əlavə sənədlər də müzakirə edilib.
Müzakirələrdən sonra “Ağdaş”a 2026/2027-ci il mövsümündə II Liqa yarışlarında iştirak etmək üçün lisenziya verilməsi barədə qərar qəbul olunub.