
Afrikada fil sürüsü ABŞ-li milyonçunun ov səfərinə son qoyub
Fins.az - baş verən faciəvi hadisə zamanı amerikalı iş adamı Ernie Dosio fil sürüsünün hücumu nəticəsində həyatını itirib.
Məlumata görə, 75 yaşlı Dosio nadir antilop növünü ovlamaq məqsədilə Qabonun Lope-Okanda meşələrinə gedib. O, peşəkar bələdçisi ilə birlikdə olduğu vaxt gözlənilmədən beş filin hücumuna məruz qalıb.
Dosio fil sürüsü tərəfindən tapdanaraq hadisə yerində ölüb, bələdçisi isə ağır xəsarətlərlə sağ qalıb.
Kaliforniyada yaşayan Dosionun uzun illərdir “kubok ovu” kimi tanınan ovçuluqla məşğul olduğu bildirilir.