AFFA İntizam Komitəsi “Qarabağ” və “Neftçi”ni derbidən sonra cərimələyib

AFFA İntizam Komitəsi “Qarabağ” və “Neftçi”ni derbidən sonra cərimələyib

DÜNYA
419

Fins.az - AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında keçirilən derbi matçından sonra Qarabağ və Neftçi klublarını cərimələyib.

Qərar Premyer Liqanın təxirə salınmış XXI tur qarşılaşmasında baş verən intizam pozuntuları ilə bağlı qəbul olunub.

Qeyd olunub ki, “Qarabağ” azarkeşlərinin rəqib komandanın ünvanına təhqiramiz ifadələr səsləndirməsinə görə və bu halın mövsüm ərzində 5-ci dəfə təkrarlanmasına görə 8000 manat cərimə edilib.

“Neftçi” klubu isə matçda beş futbolçusunun sarı vərəqə alması səbəbilə 700 manat cərimə olunub.

Görüşdə “Neftçi” 2:1 hesabı ilə qələbə qazanıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
AFFA İntizam Komitəsi “Qarabağ” və “Neftçi”ni derbidən sonra cərimələyib — Fins.az — Fins.az