ABŞ vitse-prezidenti Vens İranla İslamabad danışıqlarına rəhbərlik edəcək

ABŞ vitse-prezidenti Vens İranla İslamabad danışıqlarına rəhbərlik edəcək

DÜNYA
179

Fins.az - ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens İranla keçiriləcək növbəti danışıqlarda ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək.

Məlumata görə, görüş Pakistanın paytaxtı İslamabadda baş tutacaq və ABŞ nümayəndə heyətinin aprelin 20-si axşamı şəhərə çatması gözlənilir.

Əvvəllər bu danışıqlarda yalnız Prezident Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin iştirak edəcəyi bildirilmişdi.

Qeyd edək ki, tərəflər arasında əldə olunmuş iki həftəlik atəşkəs razılaşmasının müddəti aprelin 21-də başa çatır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ vitse-prezidenti Vens İranla İslamabad danışıqlarına rəhbərlik edəcək — Fins.az — Fins.az