ABŞ və Cənubi Koreya nüvə sahəsində əməkdaşlığa dair ilkin razılığa gəliblər

ABŞ və Cənubi Koreya nüvə sahəsində əməkdaşlığa dair ilkin razılığa gəliblər

DÜNYA
312

ABŞ və Koreya Respublikası mülki nüvə enerjisi sahəsində əməkdaşlığa dair ilkin razılıq əldə ediblər.

Finss.az. xəbər verir ki, bu barədə ABŞ-nin Energetika Nazirliyinin saytındakı məlumatda bildirilir.

Bildirilir ki, noyabrın 1-də rəsmi Vaşinqton və Seul nüvə enerjisinin ixracı və əməkdaşlığı ilə bağlı prinsiplərə dair anlaşma memorandumunu yeniləyib.

Bununla da ölkələr mülki nüvə enerjisi texnologiyalarının ixracına nəzarəti gücləndiriblər.

Razılaşma ABŞ və Koreya Respublikasına iqlim dəyişikliyi ilə mübarizə üçün ikitərəfli işi genişləndirməyə, qlobal enerji keçidini sürətləndirməyə və əsas təchizat zəncirlərini davam etdirməyə imkan verəcək.

Kaira Agayeva 

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ və Cənubi Koreya nüvə sahəsində əməkdaşlığa dair ilkin razılığa gəliblər — Fins.az — Fins.az