
ABŞ-də “United Airlines” təyyarəsi yük maşını ilə toqquşub
Fins.az - Newark Liberty International Airport yaxınlığında United Airlines şirkətinə məxsus sərnişin təyyarəsi uçuş-enmə zolağına yaxınlaşarkən yük maşınına toxunub.
Hadisənin uçuş zolağının avtomobil yoluna yaxın yerləşməsi səbəbindən baş verdiyi bildirilir. Toqquşma nəticəsində yük maşınının şüşələri qırılıb, sürücü isə yüngül xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
İtaliyadan gələn Boeing 767 təyyarəsi insident zamanı təxminən 257 km/saat sürətlə hərəkətdə olub.
Təyyarədə olan 221 sərnişin və 10 ekipaj üzvü zərər görməyib və hava gəmisi təhlükəsiz şəkildə dayanacağa yönəldilib. United Airlines hadisə ilə bağlı araşdırma başladıb.