
ABŞ senatoru Lindsi Qrem vəfat edib
Fins.az - ABŞ senatoru Lindsi Qrem 71 yaşında qısa sürən xəstəlikdən sonra vəfat edib.
Qrem 2003-cü ildən Cənubi Karolina ştatını ABŞ Senatında təmsil edirdi. O, 2026-cı ilin noyabrında keçiriləcək aralıq seçkilərində yenidən namizəd olmağı və beşinci senatorluq müddəti uğrunda mübarizə aparmağı planlaşdırırdı. İyunun 9-da Respublikaçılar Partiyasının praymerizində qalib gəlmişdi.
Lindsi Qrem 2016-cı il prezident seçkilərində Respublikaçılar Partiyasından namizədliyini irəli sürsə də, seçki yarışından erkən çəkilmişdi. Həmin dövrdə Donald Trampı tənqid etsə də, sonradan onun əsas siyasi müttəfiqlərindən birinə çevrilmişdi.