
ABŞ sahillərinə tropik “Artur” fırtınası yaxınlaşır
Fins.az - ABŞ sahillərinə mövsümün ilk tropik fırtınası yaxınlaşır.
ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, “Artur” adlı tropik fırtına ölkənin cənubunda, Texas ştatının orta sahillərində formalaşıb.
Cümə günü Luiziana, Missisipi, Alabama, Corciya, Florida və Texas ştatlarında həyati təhlükə yarada biləcək güclü daşqınların baş verəcəyi proqnozlaşdırılır.
Sinoptiklər bildirirlər ki, fırtınanın təsiri həftənin sonunadək davam edə bilər.