
ABŞ rüsumları Avropa avtomobil istehsalçılarına 8 milyard avro zərər vurub
Fins.az - ABŞ tərəfindən Avropa avtomobillərinə tətbiq edilən yüksək idxal rüsumları nəticəsində Avropa avtomobil sənayesinin itkiləri 8 milyard avronu keçib.
Məlumata görə, ən böyük zərəri Volkswagen konserni çəkib — şirkətin itkiləri 3,6 milyard avro qiymətləndirilir. BMW təxminən 2,1 milyard avro, Mercedes-Benz 1,3 milyard avro, Stellantis isə 1,2 milyard avro zərərlə üzləşib.
Analitiklər hesab edirlər ki, rüsumların 25 faizə qədər artırılması halında Almaniyanın əsas avtomobil istehsalçıları 2026-cı ildə əlavə olaraq təxminən 2,6 milyard avro itirə bilər.
Avropa avtomobil bazarı Vaşinqton və Brüssel arasında mümkün yeni ticarət qarşıdurmasına hazırlaşır.