
ABŞ Rusiyanı ərzaq ticarətinin qarşısını almaqda ittiham edir
ABŞ Rusiyanı qida daşıyan 94 gəminin Aralıq dənizinə çıxmasına mane olmaqda ittiham edib. "Fins.az"xəbər verir ki,Rusiya Çinlə birgə qlobal ərzaq bazarında baş verən qarışıqlıqda Qərbin sanksiyaları və iqtisadi embarqonu günahlandırıb.
Məlumata görə,ABŞ dövlət katibinin müavini Vendi Şerman Rusiyanı dünya bazarı üçün ərzaq daşıyan 94-ə yaxın gəminin Aralıq dənizinə çıxmasına mane olmaqda ittiham edib.
Şerman BMT Təhlükəsizlik Şurasındakı çıxışında deyib: “Ukraynadakı müharibəyə və onun qlobal ərzaq təhlükəsizliyinə təsirlərinə görə yalnız Rusiya məsuliyyət daşıyır”.
Ukraynaya qarşı müharibədən sonra Rusiya tərəfindən mühasirəyə alınan Mariupolda mülki əhalinin aclıqdan ölmək riski ilə üzləşdiyini qeyd edən Şerman, "İnsanlar içməli su üçün qarı əridirlər. Rusiyanın bombalarından gizlənən bir ana jurnalistlərə deyib ki, 3 qızını gündə yalnız bir qaşıq bal ilə qidalandırır. Şəhər rəsmiləri insanların aclıqdan ölməyə başladığını deyirlər.” -deyə bildirib.