ABŞ Nümayəndələr Palatası 25 milyard dollarlıq qanun layihəsini təsdiqləyib

ABŞ Nümayəndələr Palatası 25 milyard dollarlıq qanun layihəsini təsdiqləyib

DÜNYA
493

Demokratlar tərəfindən səs çoxluğu ilə qəbul edilən qanun layihəsində, poçt xidmətinin prezident seçkilərindən əvvəl fəaliyyətində dəyişiklik edilməməsi və poçt səslərinin vaxtında verilməsini təmin etmək üçün lazımi tədbirlərin görülməsi nəzərdə tutulur.
Fins.az xəbər verir ki, ABŞ-da poçt səsverməsi ilə bağlı müzakirələr davam etdikcə Nümayəndələr Palatası 3 noyabr prezident seçkilərindən əvvəl poçt səslərinin vaxtında verilməsini təmin etmək üçün bütün tədbirlərin görülməsini tələb edən qanun qəbul edib.
Parlamentin sədri, demokrat Nensi Pelosi, qanun layihəsinin məqsədini ifadə edərək, "Seçkilərə qədər Poçt Xidmətinin xidmətlərində heç bir dəyişiklik etməyəcəyinə əmin olmaq istəyirik. Poçt səslərinin vaxtında çatdırılmasını və sayılmasını təmin etmək üçün bütün tədbirlərin görülməsini istəyirik." deyib.
Bu layihə çərçivəsində ABŞ Poçt Xidmətinə (USPS) 25 milyard dollarlıq resurs ayrılıb.

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ Nümayəndələr Palatası 25 milyard dollarlıq qanun layihəsini təsdiqləyib — Fins.az — Fins.az