
ABŞ NIS üzrə danışıqlara icazə müddətini iyunun 16-dək uzadıb
Fins.az - ABŞ Maliyyə Nazirliyi Serbiyanın NIS enerji şirkətindəki Rusiya payının satışı ilə bağlı danışıqların aparılmasına verilmiş icazənin müddətini iyunun 16-dək uzadıb.
Məlumata görə, əvvəlki icazənin qüvvədə olma müddəti iyunun 6-da başa çatmışdı. Həmin icazə tərəflərə ABŞ sanksiyalarından ehtiyat etmədən danışıqları davam etdirməyə imkan verirdi.
Macarıstanın MOL şirkəti bildirib ki, müddətin uzadılması danışıqlarda əldə olunan irəliləyişlə əlaqədardır.
Qeyd olunur ki, NIS-dəki Rusiya payının alınmasına əsas namizəd məhz MOL şirkətidir.
Tərəflər arasında müzakirələr davam edir və yekun razılaşma ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.