
ABŞ-nin Almaniyadan 5 min əsgər çıxarma planı etiraza səbəb olub
Fins.az - Almaniya və ABŞ arasında hərbi əməkdaşlıqla bağlı yeni gərginlik yaranıb. ABŞ-nin 5 min hərbçini Almaniyadan çıxarma qərarı həm Avropa, həm də Vaşinqtonda müzakirələrə səbəb olub.
Boris Pistorius bildirib ki, bu addım Avropanı öz müdafiə imkanlarını gücləndirməyə məcbur etməlidir.
Digər tərəfdən, ABŞ Konqresində bəzi Respublikaçı senatorlar bu qərardan narahat olduqlarını ifadə edərək, Amerika qoşunlarının Avropada qalmasının vacibliyini vurğulayıblar.
Məlumata görə, Pentaqonun bu addımı İranla bağlı gərginlik və ticarət mübahisələri fonunda ABŞ–Avropa münasibətlərində əlavə narahatlıq yaradıb.