ABŞ millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

ABŞ millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

DÜNYA
114

Fins.az - 2026-cı il futbol üzrə dünya çempionatının ilk turunda ABŞ millisi Paraqvay yığmasını 4:1 hesabı ilə məğlub edib.

ABŞ-nin İnqlvud şəhərində keçirilən görüşdə hesab 7-ci dəqiqədə açılıb. Paraqvaylı futbolçu Damyan Bobadilla topu öz qapısından keçirərək avtoqol müəllifi olub.

ABŞ millisinin heyətində Folarin Baloqun dubl edib. O, 31-ci və 45+5-ci dəqiqələrdə fərqlənib.

Komandanın dördüncü qolunu isə Covanni Reyna əlavə olunmuş vaxtın 90+8-ci dəqiqəsində vurub.

Bu nəticə ilə ABŞ yığması dünya çempionatına inamlı qələbə ilə start verib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb — Fins.az — Fins.az