
ABŞ-də məlumat emalı mərkəzlərinin tikintisinə çəkilən xərclər ilk dəfə 50 milyard dolları ötüb
Fins.az - ABŞ-də məlumat emalı mərkəzlərinin tikintisinə çəkilən xərclər aprel ayında illik hesabla ilk dəfə 50 milyard dollar həddini keçib.
Məlumata görə, həmin ay ölkədə ümumi tikinti xərcləri 2,17 trilyon dollardan çox olub və bunun 2,3 faizi məlumat emalı mərkəzlərinin payına düşüb.
Hesabatda qeyd olunur ki, özəl sektorun məlumat emalı mərkəzlərinin yaradılmasına yönəltdiyi vəsait ilk dəfə dövlətin nəqliyyat infrastrukturunun tikintisinə ayırdığı xərcləri üstələyib.
Nəqliyyat infrastrukturu xərclərinə ictimai nəqliyyat obyektləri, hava limanları və dəniz terminalları daxildir.
Mütəxəssislər bu artımı süni intellekt texnologiyalarına və rəqəmsal xidmətlərə tələbatın yüksəlməsi ilə əlaqələndirirlər.