ABŞ maliyyə naziri: Qlobal neft bazarı sabit vəziyyətdədir

ABŞ maliyyə naziri: Qlobal neft bazarı sabit vəziyyətdədir

DÜNYA
486

Fins.az - ABŞ-ın maliyyə naziri Skott Bessent qlobal neft bazarında təklif çatışmazlığının olmadığını və vəziyyətin sabit olduğunu bildirib.

Onun sözlərinə görə, Fars körfəzi ölkələrindən neft tədarükünün həcmi artacaq və bazar hazırda yaxşı vəziyyətdədir. Nazir qeyd edib ki, ABŞ administriyası dənizdə qalan neftin dünya bazarına çıxarılması üçün müəyyən addımlar atıb.

Bessent həmçinin vurğulayıb ki, görülən tədbirlər yaxın zamanda regionda neft daşımalarının təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq və daşınmaların həcmi gündən-günə artmaqda davam edəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ maliyyə naziri: Qlobal neft bazarı sabit vəziyyətdədir — Fins.az — Fins.az