ABŞ istehlak bazarında son durum

ABŞ istehlak bazarında son durum

DÜNYA
286

Finss.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin hesabatına əsasən, ölkədə ev təsərrüfatlarının gəlirləri noyabr ayında əvvəlki aya nisbətən 0,3% artıb. Açıqlanan göstərici bazar gözləntilərindən bir qədər zəif olub.

Trading Economics-in məlumatına görə, analitiklər noyabr ayında ev təsərrüfatlarının gəlirlərində orta hesabla 0,4% artım proqnozlaşdırırdılar.

Eyni zamanda, ABŞ-da istehlak xərcləri gözləntilərə uyğun olaraq 0,5% artım göstərib. Bu, daxili tələbin nisbətən stabil qaldığını göstərən əsas göstəricilərdən biri kimi qiymətləndirilir.

Qeyd edək ki, sözügedən məlumatlar ABŞ hökumətinin bağlanması dövründə statistik məlumatların toplanmasının müvəqqəti dayandırılması səbəbindən əhəmiyyətli gecikmə ilə açıqlanıb.

Bununla yanaşı, oktyabr ayı üzrə əvvəllər dərc olunmayan göstəricilər də açıqlanıb. Belə ki, həmin ay ABŞ-da istehlak xərcləri 0,5%, ev təsərrüfatlarının gəlirləri isə 0,1% artım nümayiş etdirib.

Analitiklər hesab edirlər ki, istehlak xərclərinin davamlı artımı ABŞ iqtisadiyyatında artım tempinin qorunmasına dəstək verir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ istehlak bazarında son durum — Fins.az — Fins.az