ABŞ, İsrail və İran arasında qarşılıqlı hücumlar nəticəsində 700-dən çox reys ləğv edilib

ABŞ, İsrail və İran arasında qarşılıqlı hücumlar nəticəsində 700-dən çox reys ləğv edilib

DÜNYA
475

Fins.az - Bazar günü ABŞ, İsrail və İran arasında davam edən hərbi əməliyyatlar səbəbindən Fars Körfəzi və Yaxın Şərq ölkələrində 716 reys ləğv edilib.

Analitik şirkət Cirium-un məlumatına görə, bu, regiondakı ümumi 4329 reysdən bir hissəsini təşkil edir və gün ərzində rəqəmlərin artması gözlənilir.

BƏƏ-nin Mülki Aviasiya Baş İdarəsi isə regionda turizm və hava nəqliyyatına münaqişənin təsirlərini minimuma endirmək üçün xüsusi plan tətbiq edib. Plan sərnişin daşımalarının elastik idarə olunmasını və cədvəl dəyişikliklərinin azaldılmasını nəzərdə tutur.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra bir çox regional ölkələrin hava məkanı bağlanıb, bu da reyslərin ləğvinə səbəb olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ, İsrail və İran arasında qarşılıqlı hücumlar nəticəsində 700-dən çox reys ləğv edilib — Fins.az — Fins.az