"ABŞ, İranın 1 milyard dollarını qaytarmağı düşünür"

"ABŞ, İranın 1 milyard dollarını qaytarmağı düşünür"

DÜNYA
433

CNN-in, mövzu ilə əlaqədar məlumata malik 3 mənbəyə istinadən yaydığı xəbərinə görə, Co Bayden (Joe Biden) hökuməti, Viyanada davam edən danışıqlara müsbət qatqı təmin etmək məqsədilə yeni bir addım atmağı düşünür.

Fins.az xəbər verir ki, Viyanadakı nüvə danışıqları davam edərkən ABŞ rəhbərliyinin, İranın dondurulmuş fondlarından 1 milyard dollarlıq hissəsini sərbəst etməyi qiymətləndirdiyi bildirilir. 

Xəbərə görə, Bayden rəhbərliyi, sanksiyalar daxilində dondurulmuş olan, İrana aid vəsaitlərdən 1 milyard dollarlıq hissəsini, İranın "insani kömək məqsədilə" istifadə edə bilməsi üçün sərbəstləşdirmək fikirini qiymətləndirir. Söz mövzusu addımın, nüvə danışıqları davam edərkən yaxşı niyyət göstəricisi olaraq gündəmə gəldiyi qeyd edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"ABŞ, İranın 1 milyard dollarını qaytarmağı düşünür" — Fins.az — Fins.az