
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Fins.az - ABŞ İranla bağlı yeni sanksiyalar paketi tətbiq etdiyini açıqlayıb.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, yeni məhdudlaşdırıcı tədbirlər Hörmüz boğazında gərginliyin artması fonunda qəbul edilib.
Sanksiyalar əsasən Birləşmiş Ərəb Əmirliklərində yaşayan və İran elitasının maliyyəçisi kimi təqdim edilən Əli Ənsarini hədəf alıb. ABŞ tərəfi iddia edir ki, o, dövlət vəsaitlərini mənimsəyərək İran rəhbərliyinin maraqları naminə ölkə xaricində istifadə edib.