ABŞ-da ipoteka faizləri oktyabrdan bəri maksimum səviyyəyə yüksəlib

ABŞ-da ipoteka faizləri oktyabrdan bəri maksimum səviyyəyə yüksəlib

DÜNYA
480

Fins.az - ABŞ-da uzunmüddətli ipoteka kreditlərinin orta faiz dərəcəsi keçən həftə 13 baza bəndi artaraq oktyabr ayından bəri ən yüksək səviyyəyə çatıb.

Mortgage Bankerlər Assosiasiyasının (MBA) məlumatına görə, 30 illik ipoteka kreditlərinin orta illik faizi 20 martla bitən həftədə 6,43%-ə yüksəlib, bu göstərici bir həftə əvvəl 6,3% təşkil edirdi. Kredit məbləği isə 806,5 min ABŞ dollarına qədər olan evlərin alınmasını əhatə edir.

Faizlərin artması ABŞ dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi ilə bağlıdır. Enerji qiymətlərinin Yaxın Şərqdəki münaqişə fonunda kəskin qalxması bazarda inflyasiya qorxusunu artırır və Fədrezervin monetar siyasətini yumşaltmaq imkanlarını azaldır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ-da ipoteka faizləri oktyabrdan bəri maksimum səviyyəyə yüksəlib — Fins.az — Fins.az