
ABŞ-ın neft ehtiyatları 443 mln. barelə çatıb
Ötən həftənin yekunlarına görə, ABŞ-ın neft kommersiya ehtiyatları 0,42 mln. barel artaraq 442,88 mln. barel təşkil edib.
Fins.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 2,94 mln. barel artacağını proqnozlaşdırırdı.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.