
ABŞ Gürcüstanın liman infrastrukturuna investisiya imkanlarını nəzərdən keçirir
Fins.az - ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə nümayəndəsi Piter Andreoli Gürcüstana səfər edib. Səfər çərçivəsində o, hökumət, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirəcək.
Görüşlərin əsas məqsədi iki ölkə arasında əməkdaşlıq imkanlarını müzakirə etmək, xüsusilə ABŞ-ın Gürcüstanın liman infrastrukturuna investisiya imkanlarını qiymətləndirməkdir.