
ABŞ və Filippin Luzon adasında sənaye süni intellekt mərkəzi quracaq
Fins.az - ABŞ və Filippin Filippinlərin Luzon adasında yüksək texnologiyalı sənaye süni intellekt mərkəzinin yaradılmasını planlaşdırır.
ABŞ Dövlət Departamentinin məlumatına görə, layihə Luzon İqtisadi Dəhlizi (LEC) çərçivəsində 4 min akr (təxminən 1,6 min hektar) ərazini əhatə edəcək və “Pax Silica” təşəbbüsü daxilində ilk İqtisadi Təhlükəsizlik Zonası olacaq.
Filippin tərəfi həmin ərazini ABŞ-a təqdim edəcək. Bildirilir ki, icarə müqaviləsi iki il müddətinə nəzərdə tutulub və 99 ilədək uzadıla bilər, həmçinin ABŞ üçün icarə haqqı tələb olunmur.