
ABŞ: Fars körfəzindən gündə təxminən 7 milyon barel neft daşınır
Fins.az - ABŞ-nin energetika naziri Kris Rayt bildirib ki, hazırda ABŞ hərbçilərinin dəstəyi ilə Fars körfəzindən gündə təxminən 7 milyon barel neft daşınır.
Onun sözlərinə görə, bu həcm ABŞ-İsrail və İran arasında yaranmış qarşıdurmadan sonra Hörmüz boğazında bloklanan neft axınının təxminən yarısına bərabərdir.
Nazir bu açıqlamanı ABŞ-nin Hyuston şəhərində keçirilən enerji forumunda səsləndirib.