
ABŞ dövlət borcu 2027-ci ilə qədər ÜDM-in 120%-ni keçə bilər – Fitch
Fins.az - ABŞ-nin dövlət borcunun həcmi 2027-ci ilə qədər ölkənin ümumi daxili məhsulunun (ÜDM) 120%-ni keçə bilər.
Bu barədə Fitch Ratings beynəlxalq reytinq agentliyinin hesabatında bildirilib.
Hesabata əsasən, bu il və gələn il ABŞ büdcə kəsirinin ÜDM-in 7,9%-i səviyyəsində olacağı gözlənilir. Analitiklər qeyd edir ki, artıq yüksək olan dövlət borcu yaxın illərdə daha da artaraq ÜDM-in 120%-ni keçəcək.
Hazırda ABŞ-nin dövlət borcu 39,1 trilyon dolları ötüb. Bu göstərici hər bir ABŞ vətəndaşı üçün orta hesabla 114 min dollardan çox borc deməkdir.
Ekspertlər bildirirlər ki, yüksək borc səviyyəsi fiskal sabitlik və uzunmüddətli iqtisadi dayanıqlıq baxımından ciddi risklər yaradır.