ABŞ-dan İrana edama görə sanksiya

ABŞ-dan İrana edama görə sanksiya

DÜNYA
458

Vaşinqton İranın rəsmi şəxslərinə, o cümlədən çempion güləşçi Navid Əfkarini edam cəzasına məhkum edən məhkəmə hakiminə qarşı yeni sanksiyalar tətbiq edib.

“RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Venesuela və iran üzrə xüsusi nümayəndəsi Elliot Abrams deyib.

Qeyd edək ki, Əfkari 2018-ci ildə hökumət əleyhinə küçə nümayişlərində iştirakı və xüsusi qrup təşkil edərək İranda hakim rejimi devirməyə çalışması ittihamı ilə ölüm hökmünə məhkum edilmişdi. UFC rəhbəri Deyn Uaytın, ABŞ Prezidenti Donald Trampın, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın çağırışlarına baxmayaraq, İran hökuməti 27 yaşlı idmançını sentyabrın 13-də edam etmişdi.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ-dan İrana edama görə sanksiya — Fins.az — Fins.az