ABŞ-da peyvənd çatışmazlığı yaşanır

ABŞ-da peyvənd çatışmazlığı yaşanır

DÜNYA
428

ABŞ-da SARS-CoV-2 koronavirusuna qarşı peyvənd çatışmazlığı var.

“Politico” bu barədə mənbələrə istinadən xəbər yayır.

Bildirilir ki, 30 milyon amerikalı artıq azı bir doza peyvənd alıb və ölkədə hər gün təxminən 1,3 milyon vaksin vurulur.

Bununla yanaşı, dərmanları paylamaq üçün vasitələr məhduddur və hamının peyvənd oluna bilməyəcəyindən ehtiyatlanan səlahiyyətlilər bütün əhalini kütləvi vaksinasiyaya çağırmaqdan çəkinirlər.

Bu səbəbdən, kampaniya üçün ayrılan 1 milyard dolların əhəmiyyətli hissəsi hələ də “dondurulub”.

“İnsanları onu əldə etməyə çağırmadan məhsulu hazır vəziyyətə gətirməliyik. Hələ hazır deyilik”, - deyə məsul səlahiyyətli Mark Veber bildirib.

Eyni zamanda, bunun ABŞ hökumətinin qarşılaşdığı ən çətin problemlərdən biri olduğuna diqqət çəkilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ-da peyvənd çatışmazlığı yaşanır — Fins.az — Fins.az