
ABŞ-ın Cygnus XL yük gəmisi bu gün BVKS-ə yola düşür
Fins.az - ABŞ-ın “Northrop Grumman” şirkətinə məxsus Cygnus XL yük kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya (BVKS) doğru yola düşəcək.
NASA-nın məlumatına görə, buraxılış “SpaceX” şirkətinin Falcon 9 raketi ilə Florida ştatındakı Kanaveral burnundan həyata keçiriləcək.
Gəminin BVKS-ə birləşməsi bazar ertəsi günü planlaşdırılır. Dockinq prosesi stansiyanın robot qolu Canadarm-2 vasitəsilə həyata keçiriləcək və gəmi “Unity” moduluna qoşulacaq.
Cygnus XL-in stansiyada oktyabr ayına qədər qalacağı gözlənilir. NG-24 missiyası çərçivəsində gəmi BVKS-ə təxminən 5 ton yük, o cümlədən ərzaq, avadanlıq və elmi tədqiqatlar üçün materiallar çatdıracaq.