
ABŞ Çini geridə qoydu
ABŞ-da son gün ərzində koronavirusdan 860 nəfər ölüb və ölənlərin sayı 3 min 890 nəfərə çatıb. ABŞ, ölüm göstəricisində də Çini geridə qoyub. Çində indiyədək koronavirusdan 3 min 305 nəfər ölüb.
ABŞ-da koronavirusa yoluxduğu aşkarlananların sayı 188 min 578-ə çatıb.Çində bu say 81 min 518-dir.
Epidemiyanın başlanğıcından ilk dəfədir ABŞ-da bir gün ərzində 700-dən çox insan ölüb.
Bir gün ərzində koronavirusdan dünyada ən böyük ölüm sayı İtaliyada qeydə alınıb. Martın 27-də bu ölkədə 24 saat ərzində 969 nəfər təhlükəli virusun qurbanı olub.
Qeyd edək ki, Dünyada koronavirus aşkarlananaların sayı 858 min 892-yə, ölənlərin sayı 42 min 158-ə, sağalanların sayı 178 min 100-ə çatıb.