ABŞ Braziliyadan idxala 50% tarif tətbiq edəcək

ABŞ Braziliyadan idxala 50% tarif tətbiq edəcək

DÜNYA
347

Finss.az - ABŞ prezidenti Donald Tramp 2025-ci il avqustun 1-dən Braziliyadan idxal olunan bütün məhsullara 50% tarif tətbiq ediləcəyini açıqlayıb.

Bu addım sektor tariflərinə əlavə olaraq həyata keçiriləcək. Tramp bunu Braziliyanın ABŞ-da azad seçkilərə və söz azadlığı hüquqlarına qarşı “hiyləgər hücumları” ilə əlaqələndirib.

Braziliya prezidenti Luis İnasio Lula da Silva bildirib ki, ölkəsi ABŞ-ın birtərəfli tarif artımlarına Braziliyanın iqtisadi qarşılıqlara dair qanunu çərçivəsində cavab verəcək. O, suverenlik və milli maraqların qorunmasının prioritet olduğunu vurğulayıb.

Donald Tramp avqustun 1-dən Filippinlərə 20%, Bruney və Moldovaya 25%, Şri-Lanka, Əlcəzair, Liviya və İraqa 30% idxal tarifləri tətbiq ediləcəyini açıqlayıb. Bundan əlavə, Cənubi Koreya, Yaponiya, Malayziya, Qazaxıstan, Cənubi Afrika və digər 14 ölkə üçün də yeni tariflər qüvvəyə minəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ Braziliyadan idxala 50% tarif tətbiq edəcək — Fins.az — Fins.az