ABŞ-da benzinin bahalaşması fonunda Ağ Evin təsir imkanları azalır

ABŞ-da benzinin bahalaşması fonunda Ağ Evin təsir imkanları azalır

DÜNYA
478

Fins.az - ABŞ-da yanacağın bahalaşması və qlobal neft bazarında gərginliyin artması fonunda Ağ Ev benzinin qiymətini nəzarətdə saxlamaq üçün imkanlarının tükənməsinə yaxınlaşıb.

Ormuz boğazı ətrafında yaranan məhdudiyyətlər səbəbindən ABŞ-da orta benzin qiyməti qısa müddətdə ciddi artım göstərib.

Məlumata görə, ölkədə benzinin orta qiyməti 1 qallona görə 4,39 dollara (təxminən 3,8 litr) yüksəlib və bir həftə ərzində 30 sentdən çox artım qeydə alınıb.

ABŞ sakinləri qiymət artımına cavab olaraq xərclərini azaltmağa başlayıb: sorğulara əsasən, insanların 44%-i şəxsi avtomobildən daha az istifadə edir, 42%-i gündəlik xərclərini azaldıb, 34%-i isə səyahət planlarını dəyişib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ-da benzinin bahalaşması fonunda Ağ Evin təsir imkanları azalır — Fins.az — Fins.az