ABŞ-də benzin ucuzlaşa bilər: qiymət 3 dollara enəcək - Bessent

ABŞ-də benzin ucuzlaşa bilər: qiymət 3 dollara enəcək - Bessent

DÜNYA
242

Fins.az - Amerika Birləşmiş Ştatlarında benzin qiymətlərinin yaxın aylarda aşağı düşəcəyi gözlənilir. Bu barədə ölkənin maliyyə katibi Skott Bessent jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, enerji bazarındakı vəziyyətin sabitləşməsi fonunda qiymətlərdə eniş mümkündür. Xüsusilə Hörmüz boğazı ətrafında vəziyyətin normallaşması və neft hasilatının bərpası qiymətlərə müsbət təsir göstərə bilər.

Bessent qeyd edib ki, 20 iyun – 20 sentyabr tarixləri arasında ABŞ-də benzinin qiyməti bir qalon (3,785 litr) üçün yenidən 3 dollara yaxınlaşa bilər.

Hazırda isə ölkədə orta benzin qiyməti təxminən 4,11 dollar təşkil edir. Müqayisə üçün bildirək ki, daha əvvəl bu göstərici 3,17 dollar səviyyəsində olub.

Analitiklər hesab edir ki, qlobal enerji bazarındakı geosiyasi risklərin azalması və təklifin artması qiymətlərin aşağı düşməsində əsas rol oynaya bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ-də benzin ucuzlaşa bilər: qiymət 3 dollara enəcək - Bessent — Fins.az — Fins.az