ABŞ: Baydenin Türkiyəyə F-16 dəstəyi davam edir

ABŞ: Baydenin Türkiyəyə F-16 dəstəyi davam edir

DÜNYA
330

ABŞ Dövlət Departamenti Türkiyənin İsveçin NATO-ya üzvlüklə bağlı atdığı son addımı böyük alqışladığını qeyd edib.

Fins.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada, "Prezident Bayden uzun müddətdir ki, NATO-nun əməliyyat qabiliyyətini artıracaq Türkiyənin F-16 donanmasının modernləşdirilməsinə açıq dəstəyini davam etdirir". 

Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində İsveçin NATO-ya üzvlüyü ilə bağlı təklifin qəbul edilməsini alqışladıqlarını qeyd edən ABŞ Dövlət Departamenti də rəsmi bildiriş verilməyənə qədər bu cür xarici silah satışı prosesləri ilə bağlı açıqlama və ya şərh verə bilməyəcəklərini bildirib.

İsveçin NATO-da iştirakına dair Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsində qəbul edilib.

Günel Məlikzadə
Fins.az

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ: Baydenin Türkiyəyə F-16 dəstəyi davam edir — Fins.az — Fins.az