ABŞ banklarının mənfəəti ikinci rübdə 11,3 % azalıb

ABŞ banklarının mənfəəti ikinci rübdə 11,3 % azalıb

DÜNYA
989

ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) ölkədə bank sektorunun mənfəətinin bu ilin ikinci rübündə ötən rüblə müqayisədə 11,3 % azaldığını bildirib.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, FDIC-dən verilən açıqlamada, ilin ikinci rübündə 4 min 645 sığortalı kommersiya bankı və əmanət təşkilatının mənfəətinin 70,8 milyard dollar olaraq hesablandığı qeyd edilib.

Ölkədə bank sektorunun mənfəəti düzəlişlərlə ikinci rübdə illik bazda 5,7 % artıb.

Zəminə Hüseyn
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ banklarının mənfəəti ikinci rübdə 11,3 % azalıb — Fins.az — Fins.az