
ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır
Fins.az - ABŞ Avropadakı NATO ölkələrinin aviabazalarında yerləşdirilmiş qırıcı təyyarələrinin təxminən üçdəbirini geri çəkməyi planlaşdırır.
Məlumata görə, iyunun əvvəlində müttəfiqlərə təqdim olunan yazılı plana əsasən, Avropadan digər hərbi təyyarələrin və döyüş gəmilərinin də əhəmiyyətli hissəsi çıxarılacaq.
Bildirilir ki, sözügedən texnika və qüvvələr hazırda NATO-nun Avropadakı əməliyyatlarının dəstəklənməsi üçün istifadə olunur.