ABŞ-a koronavirusla mübarizədə Çindən dəstək gəldi

ABŞ-a koronavirusla mübarizədə Çindən dəstək gəldi

DÜNYA
742

Yeni tip koronavirusla mübarizə məqsədilə Çindən tibbi ləvazimatlar daşıyan təyyarə Nyu-York hava limanına eniş edib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

ABŞ Çindən 130 min ədəd N95 maskası, 1,8 milyon ədəd əməliyyat maskası, 70 min termometr və 10 milyondan çox tibbi əlcək alıb.

Ağ Evdən Çinlə əldə edilmiş razılaşma əsasında daha 19 belə təyyarənin göndəriləcəyi qeyd edilib.

Çindən alınan tibbi ləvazimatlar Nyu-York, Nyu-Cersi və Konnektikut ştatlarındakı xəstəxanalara paylanılacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ABŞ-a koronavirusla mübarizədə Çindən dəstək gəldi — Fins.az — Fins.az