6,3 milyarddan 7 milyarda: Gürcüstan valyuta ehtiyatlarını artırır

6,3 milyarddan 7 milyarda: Gürcüstan valyuta ehtiyatlarını artırır

DÜNYA
316

Gürcüstanın beynəlxalq valyuta ehtiyatlarının 2026-cı ilin sonuna qədər 7 milyard dollara çatacağı proqnozlaşdırılır.

Fins.az xəbər verir ki, bu barədə “Tbilisi – Galt&Taggart” İnvestisiya Bankının yaydığı həftəlik icmalda bildirilib.

Məlumata əsasən, 2026-cı ilin mart ayında Gürcüstanın beynəlxalq valyuta ehtiyatları illik müqayisədə 46,5% artaraq 6,3 milyard dollar təşkil edib. Bununla belə, aylıq müqayisədə ehtiyatlarda azalma qeydə alınıb. Belə ki, mart ayında göstərici 5,2% və ya 343,4 milyon dollar azalıb.

Qeyd olunur ki, bu azalma əsasən monetar qızılın dəyərinin ucuzlaşması, həmçinin hökumət və bank sektorunun həyata keçirdiyi valyuta əməliyyatları ilə bağlıdır.

Hesabatda vurğulanır ki, 2026-cı ilin mart ayına olan vəziyyətə görə, monetar qızıl ümumi beynəlxalq ehtiyatların 16,7%-ni təşkil edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
6,3 milyarddan 7 milyarda: Gürcüstan valyuta ehtiyatlarını artırır — Fins.az — Fins.az