21 iyun – Beynəlxalq Yoqa Günüdür

21 iyun – Beynəlxalq Yoqa Günüdür

DÜNYA
102

Fins.az - Hər il iyunun 21-də bütün dünyada Beynəlxalq Yoqa Günü qeyd olunur.

Yoqa Hindistanda yaranmış qədim fiziki, zehni və mənəvi təcrübədir. Sanskrit dilindən tərcümədə “yoqa” sözü “birləşmə” və ya “əlaqə” mənasını verir və bədənlə zehnin harmoniyasını simvolizə edir.

Müasir dövrdə yoqanın müxtəlif istiqamətləri geniş yayılıb və milyonlarla insan tərəfindən sağlam həyat tərzinin bir hissəsi kimi tətbiq olunur. Bu təcrübə fiziki sağlamlığın möhkəmləndirilməsi, stressin azaldılması və zehni tarazlığın qorunmasına kömək edir.

Yoqanın ümumbəşəri əhəmiyyətini nəzərə alaraq, BMT Baş Assambleyası 2014-cü il dekabrın 11-də qəbul etdiyi qətnamə ilə 21 iyun tarixini Beynəlxalq Yoqa Günü elan edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
21 iyun – Beynəlxalq Yoqa Günüdür — Fins.az — Fins.az