
2050-ci ilədək atom enerjisi gücü 2,6 dəfə artacaq
Fins.az - 2050-ci ilə qədər dünya üzrə atom enerjisi qurğularının ümumi gücünün 2024-cü illə müqayisədə 2,6 dəfə artacağı proqnozlaşdırılır.
Mütəxəssislərin qiymətləndirməsinə görə, bu artımın təxminən 24 faizi kiçikmodullu reaktorların (SMR) hesabına təmin olunacaq.
Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, enerji təhlükəsizliyi və iqlim hədəfləri ilə bağlı təzyiqlərin artması fonunda nüvə enerjisi bir çox ölkələr üçün vacib həll vasitəsinə çevrilir.
Yeni nəsil nüvə reaktorları bu sahədə 70 illik təcrübəyə əsaslanaraq hazırlanır. Onların dizaynı əvvəlki qəzalardan çıxarılan dərslər və gücləndirilmiş təhlükəsizlik standartları nəzərə alınmaqla formalaşdırılır.
Bəzi innovativ reaktor konsepsiyalarının növbəti 10–20 il ərzində istismara verilməsi planlaşdırılır ki, bu da enerji sektorunda mühüm dəyişikliklərə səbəb ola bilər.