1976-cı il Apple kompüterinin prototipi 278.000 dollara hərraca çıxarıldı

1976-cı il Apple kompüterinin prototipi 278.000 dollara hərraca çıxarıldı

DÜNYA
908

ABŞ-ın "Apple" şirkətinin 1976-cı ildə istehsal olunmuş "Apple-1" kompüterinin prototipi Bostonda hərraca çıxarılıb, onun qiyməti 278 min dollar qiymətləndirilir.

"Fins.az" xəbər verir ki,hərrac RR Auction hərrac evi tərəfindən keçirilir.

Uzun müddətdir itdiyi düşünülən prototip, 1970-ci illərin ortalarında Apple-ın həmtəsisçisi Stiv Voznyak tərəfindən lehimlənmiş çipli lövhədir. Sonra firmanın digər qurucusu Stiv Cobs firmanı kompüter avadanlıqları mağazasının sahibi Paul Terrell ilə tanış edib. Çip evdə kompüter qurmaq üçün DIY dəstinin bir hissəsi olmalı idi, lakin Terrell gənc ixtiraçıları hazır cihazları satmağa inandırdı.

2021-ci ilin noyabrında Agence France-Presse məlumat vermişdi ki, 1976-cı il Apple-1 modelinin 200 kompüterindən biri ABŞ-ın Kaliforniya ştatında keçirilən hərracda 400 min dollara satılıb.

Müəllif: Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
1976-cı il Apple kompüterinin prototipi 278.000 dollara hərraca çıxarıldı — Fins.az — Fins.az