18 iyun – Davamlı Qastronomiya Günüdür

18 iyun – Davamlı Qastronomiya Günüdür

DÜNYA
152

Fins.az - İyunun 18-də Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis olunmuş Davamlı Qastronomiya Günü qeyd edilir.

Bu gün davamlı qida sistemlərinin təşviqi, təbii sərvətlərdən səmərəli istifadə və xalqların kulinariya irsinin qorunmasının əhəmiyyətinə diqqət çəkmək məqsədi daşıyır.

Qastronomiya dünya xalqlarının mədəni müxtəlifliyinin ayrılmaz hissəsi hesab olunur və onların tarixini, ənənələrini və həyat tərzini əks etdirir.

Davamlı qastronomiya isə qida istehsalı, emalı və istehlakı zamanı ekoloji, iqtisadi və sosial amillərin nəzərə alınmasını, resurslardan məsuliyyətli istifadənin təmin edilməsini nəzərdə tutur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
18 iyun – Davamlı Qastronomiya Günüdür — Fins.az — Fins.az