
13 iyun – Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür
Bu gün dünyada Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günü qeyd olunur.
Fins.az - xəbər verir ki, bu günün əsas məqsədi albinizmlə yaşayan insanların hüquqlarının müdafiəsinə diqqətin artırılması, həmçinin onlara qarşı ayrı-seçkilik və zorakılığın qarşısının alınmasına töhfə verməkdir.
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2014-cü ildə qəbul etdiyi qətnamə əsasında təsis olunan bu beynəlxalq gün ilk dəfə 2015-ci ildə qeyd edilib.
Qeyd olunur ki, bu təşəbbüs dünya miqyasında albinizmlə yaşayan insanların sosial müdafiəsini gücləndirməyə yönəlib.