Yeni Azərbaycan filmi “Ağ vərəq” yaradıcı insanların daxili dünyasını əks etdirir

Yeni Azərbaycan filmi “Ağ vərəq” yaradıcı insanların daxili dünyasını əks etdirir

DİGƏR
419

Tezliklə “Ağ vərəq” adlı yeni qısametrajlı bədii film tamaşaçılara təqdim olunacaq.

Fins.az xəbər verir ki, filmin ideya və ssenari müəllifi Oğuz Ayvaz, təsvir rejissoru isə Tural Fikrətoğludur. Ekran işində Aslan Fətullayev da rol alıb.

Məlumata görə, film yazıçının “ilk cümlə sindromu”ndan bəhs edir və baş qəhrəmanın hekayənin ilk cümləsini yaza bilməməsi səbəbindən yaşadığı daxili sarsıntılar üzərində qurulub. Süjet xətti yaradıcılıq axtarışları və daxili mübarizə fonunda inkişaf edir.

Filmin əsas məqsədi yaradıcı insanların daxili dünyasının və psixoloji vəziyyətinin ekran dili ilə təqdim olunmasıdır. Müəllif layihənin bu istiqamətdə fərqli baxış bucağı təqdim etdiyini vurğulayıb.

Qeyd edilib ki, çəkilişlər Sumqayıt şəhərində aparılıb. Ekran işinin yaxın vaxtlarda ictimaiyyətə təqdim olunması, həmçinin yerli auditoriya ilə yanaşı müxtəlif beynəlxalq qısametrajlı film festivallarına da göndərilməsi planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yeni Azərbaycan filmi “Ağ vərəq” yaradıcı insanların daxili dünyasını əks etdirir — Fins.az — Fins.az